Polşalı müğənni Şəkidə konsertdə çıxış edəcək

Polşalı müğənni Şəkidə konsertdə çıxış edəcək
12:02 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Polşalı müğənni, simbal ifaçısı Aniya Brodi Azərbaycana səfər edəcək.
Polşanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, A.Brodi iyunun 28-də Şəkidə keçiriləcək "İpək Yolu" festivalında çıxış edəcək.
A.Brodi, həmçinin bəstəkar və musiqilərə söz yazarı, prodüser kimi fəaliyyət göstərir. O, xalq musiqi aləti simbalda ifa etməklə xalq musiqisi janrında çalışır.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/polsali-mugenni-sekide-konsertde-cixis-edecek-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR