Bensu Soral “İçerde” nin qala gecəsinə geyimi ilə damğa vurdu – FOTO/VİDEO

Bensu Soral “İçerde” nin qala gecəsinə geyimi ilə damğa vurdu – FOTO/VİDEO
12:03 20 İyun 2017
89 Şou
Ölkə mətbuatı
A- A+

Baş rollarda Cağatay Ulusoy, Araz Bulud İynemli, Bensu Soral, Çətin Tekindorun oynadığı “İçəridə” serialı dünən final edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın final seriyasının qala gecəsi dünən təntənəli şəkildə keçirilib. Lütfü Kırdar Konqres və Sərgi Sarayında keçirilən gecənin aparıcısı Ebru Akel olub.

Filmin yaradıcı heyəti qala üçün bir-birindən şıq geyimlər seçib. Xüsusilə aktrisa Bensu Soral və Damla Damcı Colbayın dərin dekolteli geyimləri gecəyə damğa vurub.

Qeyd edək ki, xoşbəxt sonluqla bitən “İçerde”nin qala gecəsindən əldə ediləcək gəlir MİKADER (Minik kalplerle el-ele) dərnəyinə bağışlanacaq.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/203261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR