Şimali Koreya türməsindən buraxılan amerikalı tələbə öldü

Şimali Koreya türməsindən buraxılan amerikalı tələbə öldü
12:05 20 İyun 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

15 ay idi ki, Şimali Koreyada həbsdə saxlanılan tələbə Otto Uormbir Amerika Birləşmiş Ştatlarına gətiriləndən sonra vəfat edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Meduza"portalı xəbər yayıb.

Şimali Koreya rəsmiləri Uormbirin 1 ildir ki, koma vəziyyətində olduğunu açıqlayıblar. Uormbirin zəhərləndiyi qeyd olunur. Amerikalı həkimlər isə onun başından ağır zərbə aldığını iddia edirlər.

Xatırladaq ki, Uormbir 15 ay əvvəl Şimali Koreyaya qarşı "düşmənçilik" etdiyinə görə həbs olunmuşdu.

Ekspertlərin fikrincə, Otto Uormbirin həbsdə işgəncəyə məruz qalması faktı təsdiqlənərsə, bu, iki ölkə arasında, onsuz da, mürəkkəb olan münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR