Azyaşlı uşağı avtomobil vurdu

Ucar rayonunda azyaşlını maşın vurub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iyunun 19-da saat 9 radələrində Ucar rayonunun Qəzyan kəndi ərazisində Lək kənd sakini Allahverdi Allahverdiyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Həsən Xəlilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.

Ucar rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR