Əməkdar artisti binadan salladılar, stresə düşdü - FOTO

Əməkdar artisti binadan salladılar, stresə düşdü - FOTO
12:32 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, əməkdar artist Əjdər Həmidov səhhətində yaranan problemin səbəbini açıqlayıb. O, bu haqda Milli.Az-a danışıb:

"İllər öncə bir film çəkilirdi. Filmdə bir səhnə var idi ki, məni binadan aşağı salmalı idilər. Elə oldu ki, belimə kəndir bağlayıb məni binadan aşağı salladılar. Aşağı baxanda çox qorxdum, halım pisləşdi. Çəkilişi edəndən sonra məlum oldu ki, mən böyük stress yaşamışam. Bu hadisədən sonra səhhətimdə ard-arda problemlər yarandı. İndi də hündürlüyə qarşı məndə fobiya var. İnsanın başına nə gəlirsə, stressdən gəlir".

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/555925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR