Türkiyə-İran sərhədində partlayış olub, Azərbaycanın iki vətəndaşı yaralanıb

Türkiyə-İran sərhədində partlayış olub, Azərbaycanın iki vətəndaşı yaralanıb
12:32 20 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyə ilə İran sərhədinə döşənən minaların təmizlənməsi zamanı baş verən partlayışda  Azərbaycanın iki vətəndaşı yaralanıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, partlayış İğdır əyalətinin Aralık rayonunun yaxınlığındakı Küçük Ağrı dağının ətəklərində olub.
Sərhədə döşənən minaları təmizləyərkən baş verən partlayış nəticəsində 35 yaşlı Azərbaycan vətəndaşı Razi Aslanov və 38 yaşlı Ruslan Abişov yaralanıb.
Məlumata görə, Razi Aslanov əlləri və gözündən, Ruslan Abişov isə ayaqları və bədənin müxtəlif yerlərindən yaralanıb. Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər.
İnformasiyaya əsasən, həmin ərazilərin minalardan təmizlənməsi ilə Türkiyə, Azərbaycan və Mozambik mütəxəssisləri məşğul olur. 
Hadisə ilə bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/turkiye-i-ran-serhedinde-partlayis-olub-azerbaycanin-iki-vetendasi-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR