Arif Quliyevin xanımı ağır xəstəlikdən xilas oldu - FOTO

Arif Quliyevin xanımı ağır xəstəlikdən xilas oldu - FOTO
12:42 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Xalq artisti Arif Quliyevin xanımı Gülzar Quliyeva uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkir. Aktyorun oğlu Rövşən Quliyev Milli.Az-a açıqlamasında anasının ağır xəstəlikdən xilas olduğunu bildirib:

"Şükür Allaha anamın ağır günləri artıq geridə qaldı. Səhhəti artıq yaxşıdır, günü-gündən daha da yaxşılaşır. 2 illik müalicənin nəticəsi uğurla başa çatdı. Hal-hazırda müalicəsini ev şəraitində davam etdirir. Qəbul etdiyi dərmanlarla əlaqədar olaraq bir az çəkisi azalıb. Bu da normal haldır. Anam 4 ay komada oldu. Allaha şükür edirik ki, onu yenidən bizə qaytardı".

Qeyd edək ki, aktyorun xanımı Gülzar Quliyeva qaraciyər serrozundan əziyyət çəkirdi.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/555932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR