Azərbaycan Qran Prisindən son yoxlanışlara start verilib

Azərbaycan Qran Prisindən son yoxlanışlara start verilib
12:42 20 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Bakıda keçiriləcək Azərbaycan Qran Prisi öncəsi son yoxlanışlara başlanılıb. 
"Report"un məlumatına görə, bu gün Bakı Şəhər Halqasında yarış simulyasıyalarına start verilib. Simulyasiya çərçivəsində yarış öncəsi son yoxlanışlar, bütün sistemlərin düzgün işlənilməsi, halqanın və yarış marşallarının hər şeylə təmin olunub-olunmadıqları yoxlanılacaq. Simulyasiya zamanı aşkarlanan nöqsanlar 2 gün ərzində həll olunmalıdır.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək. 



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-qran-prisinden-son-yoxlanislara-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR