İqlimşünaslar: Yer kürəsi əhalisinin dörddə üçü ölümcül istiliklə üz-üzə qalacaq

İqlimşünaslar: Yer kürəsi əhalisinin dörddə üçü ölümcül istiliklə üz-üzə qalacaq
12:47 20 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ XXI əsrin sonlarına doğru Yer kürəsi əhalisinin dörddə üçü ölümcül istiliklə üz-üzə qalacaq.
"Report" "The Independent"ə istinadən xəbər verir ki, bu barədə amerikalı və britaniyalı alimlərin "Nature Climate Change" jurnalında nəşr olunan araşdırmasında deyilir.
Alimlərin bu qiymətləndirməsi istixana qazlarının atmosferə çıxan tullantılarının səviyyəsinin azalmamasına diqqət yetirdikdə ədalətlidir. Əks təqdirdə dünya əhalisinin demək olar, yarısı ölümcül istiliklə üz-üzə qalacaq. Proqnoza əsasən, ən ağır hava şəraiti planetin tropik bölgələrində olacaq.
Alimlərin fikrincə, iqlim o qədər tez dəyişir ki, insanların yeni şəraitə uyğunlaşması çox çətin olacaq. Müəlliflərin hesablamalarına görə, hazırda planetin əhalisinin üçdə biri istilikdən əziyyət çəkir. Onlar bu nəticəyə 1980-ci ildən bəri istilik səbəbilə 1,9 mindən çox insan ölümünü təhlil edərək gəliblər.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/i-qlimsunaslar-yer-kuresi-ehalisinin-dordde-ucu-olumcul-istilikle-uz-uze-qalacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR