Natavandan nişanlısı ilə bağlı suallara sərt cavab - FOTO

Natavandan nişanlısı ilə bağlı suallara sərt cavab - FOTO
12:47 20 İyun 2017
196 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Natavan Həbibi reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin nişanlısının kimliyi səs-küy yaradıb. Sosial şəbəkədə hər kəs Natavana və Dadoya münasibətləri ilə bağlı suallar ünvanlayıb, bəziləri isə onları qınayıb.

N.Həbibi müzakirələrə belə cavab verib:

"Heç yadıma gəlmir ki, kimisə yığıb deyim, sənin şəxsi həyatınla bağlı mənim də bir fikrim var. Görəsən, insanlar niyə düşünürlər ki, onların dedikləri mənə maraqlıdır? Bilmirsiniz? Günün sualı budur. Xoşuma gəlməyən cavabı blok edəcəm. Bu gün ürəyim belə istəyir".

Qeyd edək ki, N.Həbibi bir neçə ay əvvəl nişanlanıb. Ötən həftə isə nişanlısı Dado ona evlilik təklifi edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/555913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR