Tanınmış aktrisa 10 milyon dollaralıq möhtəşəm malikanə aldı - FOTOLAR

Tanınmış aktrisa 10 milyon dollaralıq möhtəşəm malikanə aldı - FOTOLAR
12:48 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Aktrisa Mila Kunislə həyat yoldaşı Eşton Katçer malikanə alıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz cütlüyün 10 milyon dollara aldığı yeni ev Santa-Barbara şəhərində yerləşir.

Məlum olub ki, bu yay mövsümünü Mila Kunislə Eşton Katçer okean sahilində keçirəcəklər. Onların evi Beverli Hillz şəhərindən cəmi bir neçə saat məsafədə yerləşir.

Ev altı yataq və altı vanna otağından ibarətdir. Qonaq otağından isə möhtəşəm okean mənzərəsi açılır. Buraya bağ və xüsusi çimərlik əlavə edilir.

Tanınmışların evi klassik Kaliforniya dəniz üslubunda dizayn edilib. Amma Mila ilə Eşton üçün şübhəsiz ki, yeni daşınmaz əmlaklarının gözlərdən kənar yerdə olması daha əsasdır. Orada ulduzlara 2 yaşlı qızları Uayetti və 7 aylıq oğulları Dmitrini paparatsilərdən gizlətmək lazım olmayacaq.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dizayn/203273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR