İFTARA ÖZƏL: Gəncə dovğasının hazırlanması

Dovğa Azərbaycanın milli xörəklərindən biridir. İftara Gəncə dovğası hazırlamaq istəyən xanımlar, bu resept sizin üçündür.

Metbuat.az Gəncə dovğasının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

5 litr qatıq

2 ədəd yumurta

1 stəkan yumru düyü

1 xörək qaşığı un

1 dəstə ispanaq

1 dəstə keşniş

1 dəstə şüyüd

Yarım dəstə nanə

Yarım dəstə kərəvüz

Yarım dəstə çöl keşnişi

Hazırlanması:

Ayrıca qabda bir az yumru düyü bişirin. İspanaq, keşniş, şüyüd, nanə, kərəvüz, çöl keşnişi təmizləyin, xırda-xırda doğrayın və aşsüzənə yığın. Qatığa bir az un, yumurta töküb möhkəm çalın, odun üstünə qoyun. Sonra qatığı qaynara düşənə qədər taxta qaşıqla qarışdırın. Əgər əl saxlansa, qatıq çürüyə bilər. Qatıq qaynamağa başlayanda əvvəl bişirilmiş düyünü, sonra isə doğranmış göyərtini əlavə edin, göyərti rəngini dəyişənə qədər (1-2 dəqiqə) qarışdırın. Göyərti bişəndən sonra dovğa qazanını ocağın üstündən götürün.

Nuş olsun!

(İFTARA ÖZƏL: Badımcanlı saxsı kabab - RESEPT)

(Dadı damağınızdan getməyəcək "İzmir Küftə"si - İFTARA ÖZƏL)

(İFTARA ÖZƏL: Ananaslı içkinin hazırlanması - RESEPT)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)