ABŞ ordusu Rusiya sərhədlərində: Kiyevdən Moskvaya ŞOK XƏBƏR

ABŞ ordusu Rusiya sərhədlərində: Kiyevdən Moskvaya ŞOK XƏBƏR
13:03 20 İyun 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna və ABŞ arasında təhlükəsizlik üzrə razılaşma imzalana bilər.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının spkeri Andrey Parubiy bildirib.

Onun sözlərinə görə, razılaşma ABŞ hərbi ehtiyatlarının Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutur.

“Razılaşma xüsusi əməliyyatların aparılması, birgə elmi-texniki layihələrin həyata keçirilməsi və hətta ABŞ hərbi ehtiyatlarının Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutur”, - parlament rəhbəri deyib.

Spikerin sözlərinə görə, ABŞ analoji razılaşmaları Yaponiya, Avstraliya və İsraillə imzalayıb. O qeyd edib ki, razılaşma qarşı tərəfə ən müasir müdafiə və hücum silahlarını almaq hüququ verir. Parubiy ümid etdiyini bildirb ki, Ukraynaya ABŞ silahının verilməsi haqqında məsələ yaxın vaxtlarda həll edilə bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR