Kopenhagenə uçan təyyarə havada tüstüləndi - QƏZA

Kopenhagenə uçan təyyarə havada tüstüləndi - QƏZA
13:05 20 İyun 2017
27 Dünya
Ölkə mətbuatı
A- A+

Skandinaviya Hava Yollarına məxsus sərnişin təyyarəsi göyərtədə tüstülənmə səbəbindən havaya qaxdığı Qdansk şəhər aeroportuna geri qayıdıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təyyarə Kopenhagenə reys həyata keçirimiş. Təyyarə havaya qalxdıqdan sonra göyərtədə tüstülənmə baş verib. Təyyarə ekipajı dərhal geri qayıtmaq barədə qərar qəbul edib.

Sərnişinlər aeroportda rezin trapla təxliyyə ediliblər.

Təyyarənin salonunda tüstülənmənin nədən baş verməsi hələ məlum deyil. Hazırda təyyarə mütəxəssislər tərəfindən yoxlanılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR