Elmar Məmmədyarov: Azərbaycan Minsk qrupu həmsədrlərinin substantiv danışıqları davam etdirmək barədə çağırışını dəstəkləyir (ÖZƏL)

Elmar Məmmədyarov: Azərbaycan Minsk qrupu həmsədrlərinin substantiv danışıqları davam etdirmək barədə çağırışını dəstəkləyir (ÖZƏL)
13:36 20 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Trend-in sualını cavablandırıb:

- ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri, onların xüsusilə 19 iyun tarixli bəyanatında tərəfləri xoş niyyət və siyasi iradə əsasında substantiv danışıqları davam etdirməyə çağırması barədə nə deyərdiniz?

- ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri əsnasında münaqişənin həlli prosesi ilə bağlı Azərbaycanın konstruktiv mövqeyi bir daha izah olundu və danışıqlar prosesinin intensivləşdirilməsi barədə geniş fikir mübadiləsi aparıldı.

Xoş niyyətlə aparıldığı təqdirdə, danışıqlar müsbət nəticə verə bilər. Ona görə də biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin xoş niyyət və siyasi iradə əsasında substantiv danışıqları davam etdirmək barədə çağırışını dəstəkləyirik. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həlli üzrə substantiv danışıqlara hazırdır.

Münaqişənin həlli ilə bağlı ciddi addımların atılmasının artıq çoxdan vaxtıdır. İşğala əsaslanan status-kvo dəyişdirilməlidir. Odur ki, Ermənistan artıq yalan və bəhanələrə son qoymalı, danışıqlarda xoş niyyət və siyasi iradə ilə iştirak etməlidir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2768619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR