Uçan avtomobillər fəaliyyətə başlayır - VİDEO

Uçan avtomobillər fəaliyyətə başlayır - VİDEO
13:38 20 İyun 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Dubayın yol və nəqliyyat idarəsinin başçısı Əl Tayer rəsmi açıqlamasında bildirib ki, kvadrokopter adlanan uçan avtomobillərin Əmirliyin səmasında artıq ilk sınaqları keçirilib.

Publika.az-ın xəbərinə görə, elektriklə işləyəcək bu “uçan maşınlar” 300 metrədək hündürlüyə qalxa və 100km/s sürətlə uça bilər.

Lazımi məntəqəyə getmək üçün sərnişin sadəcə monitorda ünvanı qeyd edir. Bundan sonra taksi qoyə qalxır və avtomatlaşdırılmış nəzarət komandasının köməyi ilə ünvana yetişir.

Ehang 184 markalı bu avtomobilin enerji toplaması üçün 2 saat kifayət edir və o, 30 dəqiqə ərzində uçuşları həyata keçirdə bilir. Bu kvadrokopter həmçinin, ekstremal istiliyə və hündürlüyə də tab gətirir.

Kvadrokopterin 2017-ci ilin iyul ayından etibarən istifadəyə veriləcəyi bildirilir.

Maraqlı məlumatlardan biri də, odur ki, Dubayda fəaliyyət göstərən metro qatarları da sürücüsüz idarə olunur.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliavto/203284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR