"Jewish Telegraph Agency": Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa imkan yaradır

"Jewish Telegraph Agency": Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa imkan yaradır
14:01 20 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmira Tariverdiyeva - Trend:

ABŞ-ın Los-Anceles şəhərində İsrail konsulluğunda Ramazan ayına həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, bu barədə “Jewish Telegraph Agency” nəşrindəki məqalədə yazılıb.

Tədbir Etnik Anlaşma Fondu ilə birgə təşkil edilib. Tədbirdə Fondun prezidenti, ravvin Mark Şnayer də iştirak edib.

M.Şnayer ötən ay Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı o, Azərbaycan Prezidentinə yeni təşəbbüs barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan “təkcə öz yəhudi və xristian icmalarının dini azadlıqlarını müdafiə etmir, həm də 2011-ci ildə təşəbbüsü verilmiş mədəniyyətlərarası dialoq forumu – “Bakı prosesi” vasitəsilə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa imkan yaradır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2768465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR