Mosul əməliyyatı sona doğru: "Ya təslim olun, ya da ölün!"

Mosul əməliyyatı sona doğru: "Ya təslim olun, ya da ölün!"
14:38 20 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Mosulu İŞİD terror təşkilatından geri almaq üçün İraq ordusu tərəfindən aparılan əməliyyatlar sona yaxınlaşır.

Publika.az xəbər verir ki, "Qədim şəhər" istisna olmaqla, bütün Mosula nəzarəti ələ alan İraq ordusu vətəndaşlardan qaçmağı, İŞİD üzvlərindən isə təslim olmağı tələb edib.

Aylardır davam edən hərbi əməliyyatlar ölkənin ən böyük iki şəhərinin geri alınmasına istiqamətləndirilib. Şəhərin böyük bir hissəsinə nəzarəti ələ keçirən İraq ordusu "Qədim şəhər" kimi tanınan və labirint kimi dar küçələrdən ibarət olan bölgədə İŞİDİ mühasirəyə alıb.

Fransa mətbuatına açıqlama verən İraqın Terrorla Mübarizə Komandanlığının general-mayoru Maan əl Sədi "Qədim şəhər"in ərazisinə daxil olan Faruk bölgəsinin bir hissəsini geri aldıqlarını bildirib. Onun sözlərinə görə, şəhərin dar küçələri İraq əsgərlərinin irəli getməsini ləngidir:

"Biz terror təşkilatının üzvləri ilə üz-üzə döyüşəcək qədər yaxın məsafədəyik".

Komandir onu da qeyd edib ki, bu ərazidə 100 mindən çox sakin var. Küçələr dardı, güllələr divarlara dəyib istiqamət dəyişdirir deyə əhali buradan qaça bilmir.

Dəclə çayının şərqindəki bölgəni ələ keçirən İraq qüvvələri məscidlərin birindən səsucaldan vasitəsilə terrorçulara "ya təslim olun, ya da ölün" tələbini səsləndirib.

İraq ordusu "Qədim şəhər"in içərisində qalan əhaliyə ismarış olaraq üzərində "hər istiqamətdən hücum etdik" ifadələri yazılan 500 min buklet yayıb və tövsiyə edib ki, ilk fürsətdə ərazidən qaçsınlar.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR