"Jewish Telegraph Agency": "Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa imkan yaradır"

"Jewish Telegraph Agency": "Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa imkan yaradır"
14:47 20 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Los-Anceles şəhərində İsrail konsulluğunda Ramazan ayına həsr olunmuş tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Jewish Telegraph Agency" nəşrindəki məqalədə yazılıb.

Tədbir Etnik Anlaşma Fondu ilə birgə təşkil edilib. Tədbirdə Fondun prezidenti, ravvin Mark Şnayer də iştirak edib.

M.Şnayer ötən ay Bakıda səfərdə olarkən Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı o, Azərbaycan prezidentinə yeni təşəbbüs barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan "təkcə öz yəhudi və xristian icmalarının dini azadlıqlarını müdafiə etmir, həm də 2011-ci ildə təşəbbüsü verilmiş mədəniyyətlərarası dialoq forumu - "Bakı prosesi" vasitəsilə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa imkan yaradır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/555972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR