Rusiya etiraf etdi: Bağdadi yaşayır – Putinin PLANI BAŞ TUTMADI

Rusiya etiraf etdi: Bağdadi yaşayır – Putinin PLANI BAŞ TUTMADI
14:48 20 İyun 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya İŞİD lideri Əbubəkir Bağdadinin öldürüldüyünə dair sübutları əldə edə bilmir.

Publika.az
“İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən həftə Rusiya təyyarələri İŞİD liderlərinin Rakka yaxınlığında keçirdiyi toplantını bombalamışdı.

Ehtimal edilirdi ki, toplantıda Bağdadi də iştirak edib. Rusiya Müdafiə Nazirliyi Bağdadinin öldürüldüyü haqda prezident Vladimir Putinə məlumat vermişdi.

Hesab olunurdu ki, Bağdadinin öldürülməsi doğru çıxarsa, bu, Rusiyanın nüfuzunun artmasında böyük rol oynayacaq. Lakin ABŞ Bağdadinin öldürülmədiyi açıqlamasını yaydı. İndi isə Rusiya İŞİD liderinin ölüm xəbərini təkzib edir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR