Mətanət İsgəndərli nəvəsinə ad günü keçirdi - FOTO

Mətanət İsgəndərli nəvəsinə ad günü keçirdi - FOTO
14:53 20 İyun 2017
89 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Mətanət İsgəndərli nəvəsi Tuncaya iki gün ad günü keçirib.

Publika.az xəbər verir ki, ifaçı 8 yaşı tamam olan Tuncay üçün əvvəlcə sinif yoldaşlarının iştirakı ilə məclis təşkil edib. Növbəti gün isə ailə üzvləri birlikdə toplanıb. M.İsgəndərli doğum günü münasibətilə nəvəsinə bir yox, bir neçə hədiyyə aldığı deyib:

“Tuncay ilk nəvəmdir. Nə istəyir, etməyə çalışıram. Bu dəfə velosiped və skuter aldım. Söz vermişdim ki, birinci sinfi əlaçı bitirsə, istədiklərini alacam. Hər ikimiz sözümüzün üstündə durduq”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/203299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR