"Şəxsən mən Ronaldunu yalnız agent kimi komandama gətirərdim"

"Şəxsən mən Ronaldunu yalnız agent kimi komandama gətirərdim"
14:57 20 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin sabiq baş məşqçisi Styuart Pirs Kriştianu Ronaldunun "Mançester Yunayted"ə qayıtmaq ehtimalı barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "qırmızı şeytanlar"ın ulduz futbolçuya görə milyonlar xərcləmək istəyini düzgün hesab etməyib.

"De Xeanın "Real"a keçəcəyi barədə danışırlar. Bu, düzgün addım olmazdı. "Yunayted"in qapıçısı gənc və karyerasının zirvəsindədir. Onun satılmasını səhv hesab edirəm. Ronaldonun isə 32 yaşı var. Hər şey onun üçün ödəniləcək məbləğdən asılıdır. Şəxsən mən onu yalnız azad agent kimi komandama gətirərdim".

İngiltərə mətbuatı "manikunianlar"ın Morata və Ronalduya görə "Real"a David De Xea və 210 milyon avro verməyə hazır olduğunu yazır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/555968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR