"Neymar məni "Barselona"ya dəvət edirdi"

"Neymar məni "Barselona"ya dəvət edirdi"
14:57 20 İyun 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in müdafiəçisi Danilo 2015-ci ildə "Barselona"dan da təklif aldığını bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, həmin vaxt "Porto"da çıxış edən müdafiəçi həmyerlisi Neymar tərəfindən katalon klubuna dəvət olunduğunu qeyd edib.

"Son 2 mövsümdə əvvəllər qarşılaşmadığım sınaqlardan və çətinliklərdən keçməli idim. Onları geridə qoymağı bacardım. Neymar məni "Barselona"ya dəvət edirdi. Eyni zamanda qərarıma hörmətlə yanaşdı. O bilir ki, belə məsələlər şəxsi hisslər və emosiyalarla bağlıdır. "Real"dan təklif alanda başqa heç nə düşünmədim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/555964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR