Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib
15:01 20 İyun 2017
339 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün ümumilikdə ölkə üzrə orta məktəblərdə çalışan müəllimlər arasında qadın müəllimlər üstünlük təşkil edir. Lakin şəhər yerlərində qadın, kənd məktəblərində kişi müəllimlərin sayı daha çoxdur.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirdikləri mətbuat konfransında deyib.

Müəllimlərin yerdəyişməsi zamanı məktəblərdə gender amilinin də nəzərə alındığını deyən E.Bağırovun sözlərinə görə, bu il Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə rekord sayda vakant yer çıxarılacaq. Hazırda vakant yerlərin toplanılması prosesi aparılır.

E.Bağıtov deyib ki, bu il vakant yerlərin sayının daha çox olmasının səbəbi bu yerlərin yeni mexanizmlə toplanılmasıdır:

"Əvvəllər vakant yerləri yerli təhsil şöbələri özləri müəyyən edirdi. Lakin bu il yerli şöbələrin nümayəndələri TN-yə dəvət edildi və onlarla birlikdə müəllimlərin dərs yükü hesablandı. Buna uyğun olaraq da vakant yerlərin elan edilib-edilməməsinə yerli təhsil şöbələri deyil, TN qərar verib".

E.Bağırov bildirib ki, yerdəyişmədə daha çox hansı ixtisas üzrə müəllimlərin iş yerinin dəyişməsinin təhlili hələlik aparılmayıb:

"Amma vakant yerlər daha çox ibtifai sinif, texnologiya, təsviri incəsənət fənləri üzrədir. Şəhər yerlərində Azərbaycan dili, riyaziyyat fənləri üzrə müəllim sıxlığı olduğundan bu fənlər üzrə vakant yerlərin sayı azdır".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2768668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR