Şimali Koreyanın sərbəst buraxdığı amerikalı tələbə öldü - VİDEO

Şimali Koreyanın sərbəst buraxdığı amerikalı tələbə öldü - VİDEO
15:08 20 İyun 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

17 ay Şimali Koreyada həbsdə olan Şimali Virciniya Universitetinin tələbəsi 22 yaşlı Otto Varmbier Amerika Birləşmiş Ştatlarına gətirildikdən sonra dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Şimali Koreya rəsmiləri Varmbierin 1 ildir koma vəziyyətində olduğunu deyib. Zəhərləndiyi iddiasını qəbul etməyən amerikalı həkimlər isə onun başından ağır zərbələr aldığını bildirib.

Ekspertizadan gələn nəticələr Ottonun həbsdə olduğu müddətdə işgəncələrə məruz qaldığını təsdiqləsə, bu fakt iki ölkə arasında mürəkkəb olan münasibətləri daha da gərginləşdirəcək.

Valideynləri oğullarının Şimali Koreyada dəhşətli işgəncələrə məruz qaldığını, ona güclü psixotrop dərmanların verildiyini iddia edir. Şimali Koreya hökumətisə daha əvvəl Ottonun botulizm xəstəliyinə tutulduğuna dair informasiya yayıb.

Xatırladaq ki, Şimali Virciniya Universitetinin tələbəsi olan Otto Varmbieri "təbliğat posterini oğurlamağa cəhd etdiyinə görə" 15 illik həbs cəzasına məhkum etmişdilər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR