Qətər Yəmənə 48 saat vaxt verdi - MƏNBƏ

Qətər Yəmənə 48 saat vaxt verdi - MƏNBƏ
15:48 20 İyun 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Qətər hakimiyyəti Yəmən səfirliyinin diplomatik korpusuna ölkə ərazisini tərk etmək üçün 48 saat vaxt verib.

Publika.az xəbər verir ki, bu haqda Yəməndəki diplomatik mənbəyə istinadən “RİA-Novosti” agentliyi məlumat yayıb.

Yəmən və Qətərin xarici siyasət idarələrindən məsələ ilə bağlı rəsmi bəyanatlar hələlik verilməyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir iyunun 5-də Qətəri terror təşkilatlarına dəstək verməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittham edərək onunla diplomatik münasibətləri kəsib. Sonradan Liviyanın şərq hissəsinin hakimiyyəti, Yəmən, Mavritaniya, Maldivlər və Mavrikiy eyni addımı atıblar.

Qətər bütün ittihamlar rədd edib. Eyni zamanda cavab addımları atmağı planlaşdırmadığını bildirib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR