ANAMA-dan Türkiyədə xəsarət almış əməkdaşlarının vəziyyəti ilə bağlı AÇIQLAMA

ANAMA-dan Türkiyədə xəsarət almış əməkdaşlarının vəziyyəti ilə bağlı AÇIQLAMA
15:50 20 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iki əməkdaşının Türkiyədə mina partlaması nəticəsində yaralanması məsələsinə aydınlıq gətirib.

Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ANAMA Türkiyədə minatəmizləmə işləri aparan “MECHEM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatları yerinə yetirir.

19 aprel 2017-ci il tarixdən etibarən indiyə qədər əməliyyatlar zamanı ANAMA-nın mütəxəssisləri tərəfindən minlərlə mina aşkarlanaraq zərərsizləşdirilib.

20 iyun 2017-ci il tarixdə səhər saat 07:15 radələrində əməliyyat zamanı mina atəşi baş verib və hadisə zamanı agentliyin iki nəfər əməkdaşı Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya aparılıb və onlara ilkin tibbi yardım göstərilib. Hazırda onların həyat və sağlamlıqları üçün hər hansı təhlükə yoxdur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2768693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR