“Darvin bankası”ndakı 500 saylı özül əsaslı təmir edilib

“Darvin bankası”ndakı 500 saylı özül əsaslı təmir edilib
15:50 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Abşeronneft” NQÇİ-nin istismar etdiyi 500 saylı stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib.

Trend SOCAR-a istinadən xəbər verir ki, özülün 1619 kvadratmetrlik hissəsi əsaslı təmir edilib, 2350 kvadrat metr sahədə isə korroziyaya qarşı mühafizə tədbirləri aparılıb, elektrik quraşdırma işləri yerinə yetirilib. 40 ədəd möhkəmləndirici svay vurulub, 9 ədəd müxtəlif ölçülü metal lövhə, 46 ədəd suüstü əlaqə xətti, 1 ədəd piyada körpüsü, 2 yanalma və 2 minik meydançası, eləcə də dalma nasosları üçün 3 ədəd şaxta, 1 ədəd xidmət meydançası, lafet lüləsi üçün 2 ədəd dor quraşdırılıb. Özülün perimetri boyu 201 metr uzunluğunda məhəccər çəpərləri təmir olunub. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb.

Qeyd edək ki, özüldə aparılmış təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2768708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR