Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişli olacaq? - AÇIQLAMA

Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişli olacaq? - AÇIQLAMA
16:37 20 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçiriləcək müsahibələr ödənişsiz olacaq.

Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya deyib ki, müsahibənin keçirilməsi ilə bağlı "Dövlət qulluğu haqqında" qanuna edilən müvafiq dəyişikliklər layihəsi Milli Məclis tərəfindən bu yaxınlarda qəbul edilib.
 
Onun sözlərinə görə, dəyişikliyə əsasən, müsahibə qrupunun tərkibi 3 nəfərdən ibarət olacaq, onlardan biri müvafiq dövlət orqanının, biri Dövlət İmtahan Mərkəzinin nümayəndəsi, biri isə müstəqil ekspert olacaq.
 
M.Abbaszadə qeyd edib ki, müsahibə barədə elan Dövlət İmtahan Mərkəzinin və müvafiq dövlət orqanının internet portalında veriləcək: "Müsahibələr ödənişsiz olacaq. Yardımçı vəzifələr üzrə müsabiqələr keçirilməyəcək. Qeyd edilən qanun qüvvəyə mindikdən sonra müsahibələrin keçirilməsi qaydasının təsdiq edilməsi gözlənilir və həmin qaydalarla müsahibənin keçirilməsi, qiymətləndirilmənin aparılması qaydası tənzimlənəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR