SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu üzrə test imtahanları keçirilib

SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu üzrə test imtahanları keçirilib
16:42 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentinin testləşdirmənin təşkili şöbəsi iyunun 19-20-də Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) və Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə (DİHMTM) şagird qəbulu üzrə test imtahanları keçirib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, STTM-də aparatçı, kompressor qurğularının maşinisti, NÖC və avtomatika üzrə çilingər, elektrik qaz qaynaqçısı, nasos qurğularının maşinisti, elektrik montyoru və qazla kəsən peşələri üzrə 61 yerə 345 nəfər iddiaçı, DİHMTM-yə isə I-II iş qrupu üzrə 4-cü dərəcəli dalğıc peşəsi üzrə 10 yerə 36 nəfər iddiaçı test imtahanlarında iştirak edib.
Test imtahanlarında iddiaçılara milli dövlətçilik, riyaziyyat, fizika, kimya, məntiq və tarix fənlərindən ümumilikdə 70 test tapşırığı təqdim olunub, tapşırıqların cavablandırılmasına isə 105 dəqiqə vaxt ayrılıb. 
Test imtahanlarının nəticələri barədə məlumatlar yaxın günlərdə www.socar.az saytı “Karyera” bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt bölməsində yerləşdiriləcək.                              








Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-in-telim-merkezlerine-sagird-qebulu-uzre-test-imtahanlari-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR