Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyası keçirəcək

Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyası keçirəcək
16:52 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) “Dənizçilər Günü” və “Silahlı Qüvvələr Günü” münasibətilə iyunun 21-dən özəl kampaniyaya başlayır.
Bankın maaş kartına sahib olan Azərbaycan hərbçi və dənizçiləri kampaniyadan faydalanaraq nağd pul kreditini Bankdan 2% endirimlə əldə edə bilərlər.
Kampaniya iyulun 5-dək davam edəcək.
Aksiya çərçivəsində 15 min manatadək krediti 36 ayadək müddətə, illik faiz dərəcəsinə 2% endirimlə əldə etmək olar. 3 min manatadək kredit üçün zamin tələbi yoxdur. Kreditin rəsmiləşdirilməsi komissiyasızdır.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti ABB-nin bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər. 



Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-herbci-ve-denizcilere-ozel-kampaniyaya-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR