“Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib

“Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib
16:55 20 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tədbir iştirakçılarını salamlayaraq, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanın imzalanması və bu fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı görülmüş işlər barədə məlumat verib. O bildirib ki, Fərmanla Dövlət Agentliyinə qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılması tapşırılıb.

U.Mehdiyev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikini fəaliyyəti subyektlərinə ətraflı məlumatın verilməsi, qarşılıqlı əməkdaşlığın təşkili, Monitorinq sisteminin fəaliyyəti barədə məlumatlandırmanın təmin edilməsidir. Eyni zamanda tikinti fəaliyyəti subyektlərinə monitorinq fəaliyyətinin təşkili və keçirilməsi, habelə Monitorinq sistemindən istifadəsi ilə bağlı məlumatların verilməsidir.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov monitorinq mərkəzi barəsində təqdimat edib.

Fariz Cəfərov bildirib ki, Monitorinq Mərkəzinin əsas fəaliyyəti qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması, işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin formalaşdırılması, tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılmasından ibarətdir.

Onun sözlərinə görə, Monitorinq Mərkəzi öz fəaliyyətini həyata keçirdikdə, aidiyyəti dövlət qurumlarından bu sahədə həyata keçirdikləri tədbirlərə dair hesabatları və zəruri olan digər materialları müqayisəli təhlil edəcək, şübhələr yarandıqda səyyar monitorinq qruplarının tikinti obyektlərinə göndərilməsini təmin edəcək və aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsini həyata keçirəcək.

Tədbir qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2768764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR