Kənd əhalisi 5 kilosu 5 AZN-ə qar satır

Kənd əhalisi 5 kilosu 5 AZN-ə qar satır
17:03 20 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şırnak vilayətinin Beytüşşebap rayon sakinləri maraqlı ticarət növü tapıb.

Publika.az xəbər verir ki, Türkiyənin İraqla sərhədində yerləşən və çətin təbiətilə məşhur olan Beytüşşebap rayonunda vətəndaşlar yüksək dağ zirvələrinə çıxaraq dağ başındakı qarları toplayıb 5 kilosu 10 lirədən (5AZN) kənd sakinlərinə satırlar.

Vətəndaşlar ayaq belə dəyməyən zirvələrə yağan qarın insan orqanizminə çox faydalı olduğunu düşünür. Kənd sakinləri aldıqları qarı doşab və qatıqla qarışdıraraq istehlak edirlər.

Çox şəfalı hesab olunan qar ishal və qarın ağrısına çox yaxşı təsir edir. Yerli sakinlərin dolanışıq mənbəyinə çevrilən qar o qədər faydalıdır ki, insanlar onu yaxınlarına hədiyyə edir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/203315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR