Doha hava limanında blokada səbəbindən dörd ölkəyə 12 istiqamət bağlıdır

Doha hava limanında blokada səbəbindən dörd ölkəyə 12 istiqamət bağlıdır
17:07 20 İyun 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Qətərin paytaxtı Dohadakı "Hamad" beynəlxalq hava limanında qonşu ölkələrin tətbiq etdiyi embarqoya görə dörd ölkəyə 12 istiqamət qapalıdır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə aeroportun icraçı direktoru Bədr Məhəmməd əl-Mir bildirib.
Qətərin blokadasını dəstəkləyən Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirə birbaşa uçuşlar bağlıdır. Bunlar əsasən "Qatar Airways", "Fly Dubai" aviaşirkətlərinin uçuşlarıdır.
Aeroport nümayəndəsinin sözlərinə görə, Qətərdən bu ölkələrə getmək istəyənlər əvvəlcə əsasən blokadaya qoşulmayan Oman və Küveytə, sonra isə təyinat məntəqəsinə uçur.
Aeroport nümayəndəsi bildirib ki, hava limanının ümumi sərnişin axınının 85%-i "Hamad"dan tranzit məqsədilə istifadə edir, buna görə də blokada sərnişin trafikinə az təsir edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir iyunun 5-də Qətəri terror təşkilatlarına dəstək verməkdə, Yaxın Şərqdə vəziyyəti pozmaqda ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsib. Sonradan Liviya, Yəmən, Mavritaniya, eləcə də Maldiv adaları və Mavriki Qətər ilə münasibətləri kəsdiklərini bəyan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/doha-hava-limaninda-blokada-sebebinden-dord-olkeye-12-istiqamet-qapalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR