6 yaşı tamam olmayan uşaqlara MƏKTƏB İMKANI

6 yaşı tamam olmayan uşaqlara MƏKTƏB İMKANI
17:13 20 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə başlanılıb.

BŞTİ-dən Publika.az-a verilən məlumata görə, müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçirilir.

Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq, istedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır. Qeydiyyatdan keçmiş valideyn müsabiqənin tarixi və vaxtı barədə məlumatın qeyd olunduğu buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli tam orta məktəbə gətirməlidir.

Ümumilikdə, bu günədək müsabiqədə iştirak etmək üçün 6 yaşı tamam olmayan 2424 uşaq qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçən şəxslərə təsdiqləyici SMS göndərilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/203320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR