Somalidə terror aktı törədilib, 15 nəfər ölüb, 9 nəfər yaralanıb

Somalidə terror aktı törədilib, 15 nəfər ölüb, 9 nəfər yaralanıb
17:17 20 İyun 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişidə intiharçı-kamikadzenin avtomobillə törətdiyi terror aktı nəticəsində 15 nəfər ölüb, 9 nəfər yaralanıb.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Moqadişi Təhlükəsizlik İdarəsinin rəisi Məhəmməd Hüseyn bildirib.
Onun sözlərinə görə, hücum süd paylayan maşın nişanı vurulan avtomobilin partladılması nəticəsndə baş verib.
M.Hüseyn terror aktı qurbanlarının sayının artacağını istisna etməyib. 
Rəsmi dairələr terrorun törədənin adını hələ açıqlamasa da, terrorçu “Əş-Şəbab” qruplaşması hadisənin məsuliyyətini üzərinə götürüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/somalide-terror-akti-toredilib-15-nefer-olub-9-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR