Güclü yağış Daşkəsəndə və Göygöldə fəsadlar yaradıb

Güclü yağış Daşkəsəndə və Göygöldə fəsadlar yaradıb
17:22 20 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən. 20 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda güclü dolu və leysan yağış bir sıra fəsadlar yaradıb .
"Report"un Qərb bürosunun məlumatına görə, günorta saatlarında rayonda küləklə müşahidə olunan leysan yağış bir müddətdən müddətdən sonra doluya çevrilib. Hava şəraitinin yaratdığı fəsadlar nəticəsində rayon ərazisinə elektirik enerjisinin verilişi dayandırılıb.
Rayon mərkəzindən və Gəncə-Daşkəsən avtomobil yolunda nəqliyyatin hərəkəti məhdudlaşıb, yol bağlanıb. Yağan güclü dolu təsərrüfata və meyvə ağaclarına ziyan vurub. Hazırda rayonda küləkli və yağntılı hava şəraiti davam edir.
Güclü yağış və dolu Göygöl rayonunda da fəsadlara səbəb olub. 
Belə ki, rayon ərazisində kənd təsərrüfatına və meyvə ağaclarına ciddi ziyan dəyib. Elektrik xətlərinin sıradan çıxması səbəbi ilə rayona elektrik enerjisinin verilişində fasilələr yaranıb. 
Hacıkənd qəsəbəsinə və Aşıqlar kəndinə düşən leysan yağış və dolu bəzi evlərin dam örtüklərinə ziyan vurub.
Hazırda hər iki rayonda dəyən ziyan araşdırlır.







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/guclu-yagis-daskesende-ve-goygolde-fesadlar-yaradib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR