Cocuq Mərcanlı məktəbində 44 şagird oxuyacaq - Sakinlərə evlər verildi

Cocuq Mərcanlı məktəbində 44 şagird oxuyacaq - Sakinlərə evlər verildi
17:32 20 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Cocuq Mərcanlının yeni sakinlərinə evlərin orderləri təqdim olunub.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova bildirib. Onun sözlərinə görə, bu həftədən, ən geci gələn həftədən başlayaraq sakinlər yeni evlərinə yerləşəcəklər.

V.Həsənova bildirib ki, Cocuq Mərcanlı məktəbində təhsil alacaq şagirdlərin və bu məktəbdə işləyəcək müəllimlərin kimlikləri artıq məlumdur. 

"Cocuq Mərcanlı kənd məktəbi sentyabrın 15-də fəaliyyətə başlayacaq. Bu kənddə yaşayacaq sakinlərə evlərin orderləri təqdim olunub. Cocuq Mərcanlıda ev alan şəxslərin, onların məktəbyaşlı uşaqlarının siyahısı artıq hazırdır. Həmçinin məktəbdə işləyəcək müəllimlərin adları Təhsil Nazirliyinə təqdim olunub. Artıq Cocuq Mərcanlı kənd məktəbində hansı müəllimlərin işləyəcəyi, şagird sayının nə qədər olacağı müəyyənləşdirilib və siniflər komplektləşdirilib". 

V.Həsənova vurğulayıb ki, məktəbdə 11 sinif komplekti olacaq: "Düzdür, uşaqların sayı azdır. Kəndə ilk köçürüləcək 50 ailədən 44 uşaq sentyabrda məktəbə gedəcək. Amma hər sinifdə 5, 7, 9 şagird təhsil alacaq. 7 şagird 1-ci sinfə , 9 şagird 2-ci sinfə, 5 şagird isə 4-cü sinfə gedəcək. Bu da "Təhsil haqqında" qanuna uyğundur ki, yaşayış yerinin ətrafında, yaxınlığında məktəb olmayanda sinif komplektləri açılır və müəllimlərə buna uyğun əmək haqqı verilir. Məktəbimiz 44 şagirdlə fəaliyyətə başlayacaq. Lakin cənab prezident İlham Əliyev Cocuq Mərcanlıya yenidən pul ayrılıb və orada yeni 150 ev tikiləcək. Həmin evlər tikildikdən sonra məktəb yaşlı uşaqların sayı artacaq".

V.Həsənova, həmçinin qeyd edib ki, məktəbdə 15 müəllim dərs deyəcək: "13 müəllimin işləyəcəyi dəqiqləşib. Məktəbdə fizika və kimya müəllimi çalışmır. Onlar da qonşu məktəblərdən əvəzçilik qaydasında dərs deməyə dəvət ediləcəklər. 13 müəllim Cocuq Mərcanlı sakinidir və oradan ev alıblar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR