“Bank VTB” bu il Rusiyada 80 bankın bağlanacağını proqnozlaşdırır

“Bank VTB” bu il Rusiyada 80 bankın bağlanacağını proqnozlaşdırır
17:32 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ “Bank VTB” ASC (Rusiya) ölkənin bank sektorunda təmizləmənin davam edəcəyini proqnozlaşdırır. 
“Report” rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Bankın rəhbəri Andrey Kostin çıxış edib.
Onun fikrincə, Rusiya Bankı (Mərkəzi Bank) bu il kapital çatışmazlığı problemi yaşayan təxminən 80 bankın lisenziyasını ləğv edəcək.
“Ümumilikdə biz bank sektorunda vəziyyətin yaxşılaşdığını müşahidə edirik. Bu baxındam mən Rusiya Bankının siyasətini dəstəkləyirəm”, - deyə o, qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-vtb-bu-il-rusiyada-80-bankin-baglanacagini-proqnozlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR