"Gənclik Mall"da HƏYƏCANLI ANLAR: insanlar təxliyə edildi - FOTO

"Gənclik Mall"da HƏYƏCANLI ANLAR: insanlar təxliyə edildi - FOTO
17:38 20 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 17 radələrində “Gənclik Mall" ticarət mərkəzindən insanlar təxliyə olunublar. Ticarət mərkəzindəki sakinlərin sözlərinə görə, qəfildən elektrik enerjisi kəsilib və insanlara binadan çıxmaq xəbərdarlığı edilib.

“Gənclik Mall" ticarət mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin nümayəndəsi Nuranə İsgəndərova Publika.az-a açıqlamasında problemin elektrik kəsintisindən qaynaqlandığını bildirib:

“Problem “Gənclik Mall”la bağlı deyil. Sadəcə “Azərışıq”dan ticarət mərkəzinə gələn elektik xətlərində nasazlıq olub. Buna görə də insanlar binadan təxliyə edilib, yarım saat ərzində elektrik enerjisi bərpa edilib”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR