AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkəti arasında yer alıb

AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkəti arasında yer alıb
17:42 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2017-ci il üzrə dünyanın ən yaxşı 100 aviaşirkəti arasında 71-ci yeri tutub.
"Report" xəbər verir ki, reytinq siyahısını "Skytrax" konsaltinq şirkəti tərtib edib. 
Siyahıya əsasən, "Qatar Airways" bu il dünyanın ən yaxşı aviaşirkəti seçilib. "Singapore Airlines" ikinci, Yaponiyanın ANA aviaşirkəti üçüncü olub. Həmçinin, aviaşirkətlərin "Top-5"liyinə "Emirates" və "Cathay Pacific" düşüb. 
"Turkish Airlines" bu il reytinqdə 12-ci, Rusiyanın "Aeroflot" aviaşirkəti isə 30-cu sırada qərarlaşıb.
Xatırladaq ki, "Emirates" 2016-cı ildə ən yaxşı aviaşirkət seçilmişdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azal-bu-il-dunyanin-en-yaxsi-100-aviasirketi-arasinda-yer-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR