İran Qədr gecəsi fəlakətdən qurtulub - 40 terrorçu saxlanılıb

İran Qədr gecəsi fəlakətdən qurtulub - 40 terrorçu saxlanılıb
17:55 20 İyun 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Fərhad Daneşvər - Trend:

İranın qərbində Urmiya vilayətində Xüsusi Xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində 40 nəfər terrorçu saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə İran Parlamentinin Urmiya vilayətindən olan deputatı Nadir Qazipur deyib.

Verilən məlumata görə, əməliyyatlar Urmiya vilayətinin İranşəhər, Sərdər və Mahabad şəhərlərində keçirilib.

Saxlanılanların İŞİD terror qruplaşmasına mənsub olduqları bildirilir. Onların Ramazan ayında Qədr gecəsində təşkil olunacaq mərasimlərdə terror aktları planlaşdırdığı məlum olub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2768808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR