​Bakıda qanvermə aksiyası keçirildi

İyunun 20-də 14 iyun Beynəlxalq Donor Günü münasibətilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib.

Metbuat.az bildirir ki, qana ehtiyacı olanlara və talassemiyalı xəstələrə yardım məqsədilə keçirilən aksiyada 100 nəfərə yaxın könüllü, ümumilikdə 25 litr qan verib.

Qeyd edək ki, ölkəmizin paytaxtında və regionlarında, mütəmadi olaraq, qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyaları keçirilir. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR