Dövlət Komitəsinin ötənilki fəaliyyətinin yekunlarına həsr olunan hesabat çap olunub

Dövlət Komitəsinin ötənilki fəaliyyətinin yekunlarına həsr olunan hesabat çap olunub
18:02 20 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ötən ilin yekunlarına həsr edilən “Hesabat”ını çap edib.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, nəşr qurumun 2016-cı il ərzində fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirləri, tətbiq etdiyi yenilikləri əhatə edir.
Nəşrin “Dini qurumlarla iş”, “Dini radikalizmlə mübarizə”, “Dini maarifləndirmə işi”, “Multikulturalizm ili” və s. bölmələrində ötən il Dövlət Komitəsinin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, ölkədə dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində gördüyü işlər barədə məlumatlar və fotoşəkillər əksini tapıb.
“Hesabat”da qeyd edilib ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsi tərəfindən ölkənin müxtəlif şəhər və rayonlarının icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər, dini icma sədrləri, ilahiyyatçılar, ziyalılar və ictimaiyyət fəallarının iştirakı ilə 160-dan artıq tədbir keçirilib.
Nəşrdə ötən il ərzində Dövlət Komitəsinin sifarişi ilə çəkilən, dini radikalizmə və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” sənədli filmi, eyni zamanda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini ifşa edən “Vandalizm” sənədli filmi barədə məlumatlar qeyd olunub.
İllik “Hesabat”da Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural ənənələrin ölkə xaricində təbliği istiqamətində İran, İspaniya, İsveç və digər ölkələrdə keçirilən yüksək səviyyəli görüşlər və sərgilər barədə məlumatlar da yer alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/din/dovlet-komitesinin-otenilki-fealiyyetinin-yekunlarina-hesr-olunan-hesabat-cap-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR