Vağzalda qanvermə - FOTO

Vağzalda qanvermə - FOTO
18:22 20 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Baki Sərnişin Vağzalında qanvermə aksiyası keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, iyunun 20-də 14 iyun Beynəlxalq Donor Günü  münasibətilə Referans  Klinik Laboratoriya Mərkəzinin  təşəbbüsü ilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərnişin vağzalında  qanvermə aksiyası keçirilib.

Qana ehtiyacı olanlara və talassemiyalı xəstələrə yardım məqsədilə keçirilən aksiyada 100 nəfərə yaxın könüllü, ümumilikdə 25 litr qan verib.

Qeyd edək ki, ölkəmizin paytaxtında və regionlarında, mütəmadi olaraq, qan donorluğunun  təşviqi və təmənnasız qanvermə aksiyaları keçirilir. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərilir.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR