Suriyanın paytaxtı Dəməşqin ətraf rayonları silahlı qruplaşmalar tərəfindən atəşə tutulub.
Milli.Az Trend-ə istinadən bildirir ki, atışmalar nəticədə 3 dinc sakin yaralanıb.
Polsin verdiyi məumata görə, bir neçə mina bazar ərazisinə düşüb.
Bundan başqa, Hama əyalətində də atəşkəsin pozulması qeydə alınıb. Burada silahlılar istilik elektrik stansiyasını atəşə tutublar.
Bu ərazidə itkilər barədə hələ məlumat verilməyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində