ABŞ səfirliyi Gəncə Amerika Güşəsinin açılışını qeyd edib

ABŞ səfirliyi Gəncə Amerika Güşəsinin açılışını qeyd edib
18:50 20 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ səfirliyi Gəncə Amerika Güşəsinin açılışını qeyd edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Robert Sekuta Amerika güşəsinin açılışında etdiyi çıxışında güşənin yerli icma üçün vacibliyini qeyd edib.

Açılış mərasimində Gəncə şəhəri İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak ediblər. Səfirlik kitabxanaya yeni avadanlıq, texnika və lazımı materialları hədiyyə edib. Güşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün yay vaxtı açıq olacaq. Səfir R.Sekuta, həmçinin, Amerika hökumətinin mübadilə proqramlarının məzunları ilə görüşüb, Amerikada aldıqları təhsilin onların karyeralarında nə dərəcədə əhəmiyyətli olduğu və məzunların Gəncədə çalışarkən yerli icma üçün nə edə bildikləri barədə maraqlanıb.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2768830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR