İran Qədr gecəsi fəlakətdən qurtuldu

İran Qədr gecəsi fəlakətdən qurtuldu
18:57 20 İyun 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

İranın qərbində Urmiya vilayətində Xüsusi Xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində 40 nəfər terrorçu saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran Parlamentinin Urmiya vilayətindən olan deputatı Nadir Qazipur deyib.

Verilən məlumata görə, əməliyyatlar Urmiya vilayətinin İranşəhər, Sərdər və Mahabad şəhərlərində keçirilib.

Saxlanılanların İŞİD terror qruplaşmasına mənsub olduqları bildirilir. Onların Ramazan ayında Qədr gecəsində təşkil olunacaq mərasimlərdə terror aktları planlaşdırdığı məlum olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR