Vatsapdan istifadəçilərə möhtəşəm xəbər

Vatsapdan istifadəçilərə möhtəşəm xəbər
18:58 20 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dünyada milyonlarla istifadəçisi olan Votsap proqramı daha bir yeniliyə imza atıb.

Publika.az xəbər verir ki, bu proqram artıq internetsiz istifadə oluna biləcək.

Bildiyimiz kimi, vay-fay, yaxud mobil şəbəkə açıq olmadığı müddətcə Votsapdan istifadə etmək mümkün deyildi. Yəni bu proqramdan istifadə edə bilmək üçün internetə bağlanmaq mütləq idi.

Lakin Votsap proqramı bu məhdudiyyəti aradan qaldırdı. Artıq yenilənməni tətbiq etməklə bu proqramdan pulsuz istifadə edə biləcəksiniz.

İnternetsiz Votsap hazırda sadəcə “Android” tipli cihazlarda işləyəcək. “İOS” tipli cihazlarda proksi və port dəyişikliyi aparılmadığı üçün “Apple” cihazlarından istifadə edənlər bu xidmətdən hələ ki yararlana bilməyəcəklər.

İnternetsiz Votsapı necə istifadə etmək olar?

1) Android cihazdan Parametrlər bölməsinə, ardınca “Mobil bağlantılar” bölməsinə keçid etmək.

2) “Mobil bağlantılar” bölməsindən “giriş nöqtəsi adları”nı seçmək.

3) “Giriş nöqtəsi adları” bölməsində yuxarı sağ küncdə “əlavə et” bölməsini açmaq.

4) Açılan ekranda aşağıdakı bilgiləri əlavə etmək:

Ad: Votsap APN: internet; Proxy: 127.0.0.01 Bağlantı nöqtəsi: 8080

5) Bu əməliyyatları yerinə yetirdikdən sonra profili təsdiq etmək və “Giriş nöqtəsi adları” bölməsindən Votsapı seçmək lazımdır.

Telefon bu əməliyyatları həyata keçirdikdən sonra 4G bağlantısında qalmağa davam edəcək, ancaq GSM şirkəti internet xərcini sizə göstərməyəcək. İnternet xərcləriniz yalnız internetə qoşulduğunuz zaman sizə göstəriləcəkdir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/203318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR