Əfqanıstanda partlayış: 4 polis əməkdaşı həlak oldu

Əfqanıstanda partlayış: 4 polis əməkdaşı həlak oldu
19:03 20 İyun 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın cənubundakı Helmand vilayətində dəhşətli partlayış olub.

Publika.az xəbər verir ki, Helmand qubernatorluğunun nümayəndəsi Ömər Zuvak verdiyi açıqlamada Helmanda tabe olan Popalozayi bölgəsində yol kənarına yerləşdirilən bombanın polis maşınının ərazidən keçdiyi anda işə salındığını bildirib.

Partlayış nəticəsində 4 polis əməkaşının öldüyü, 2 əməkdaşın yaralandığı xəbəri yayılıb.

Məsuliyyəti öz üzərinə götürən “Taliban” terror qruplaşması isə hadisədə 6 polisin öldüyünü deyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR